Məmmədova Mehriban və başqalarından, Gəncə, Azərbaycan
27 may 2025, 15:20
Hörmətli cənab Prezident,
Dünyaya Nizami, Məhsəti kimi dahilər bəxş edən Gəncə bu gün hamının gözü önündə gözəlləşir, çiçəklənir. Sizin imzaladığınız sərəncamlar, verdiyiniz tapşırıqlar şəhərin genişmiqyaslı inkişafında xüsusi önəm daşıyır, gəncəlilərin daha yüksək, ülvi amallar uğrinda yaşayıb yaratmalarına stimul verir.
Cənab Prezident, Sizin Gəncəyə hər səfəriniz şəhərimizin sosial-iqtisadi həyatında dərin iz buraxır və daha sürətli inkişafa yeni təkan verir. Əhali də görülən işlərdən razıdır.
Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı və yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədova Mehriban,
Əliyev Ramil,
Ağayev Təvəkkül,
Ələsgərova Minayə,
Abbasova Pərvanə,
Məmmədov Elxan.
Azərbaycan Respublikası, Gəncə şəhəri