Afət Əliyeva və başqalarından, Gəncə, Azərbaycan


26 may 2025, 15:00
Möhtərəm cənab Prezident!
Gəncə şəhərində görülən işlər, o cümlədən şəhər infrastrukturunun və yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və digər layihələrin icrası Gəncə əhalisində xoş ovqat yaratmışdır. Əminik ki, III MDB Oyunlarını uğurla təşkil etməklə Gəncə nəinki MDB məkanına, daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını, müasirliyini, mədəniyyətini və qonaqpərvərliyini təqdim edəcəkdir.
Əziz Prezidentimiz, Gəncə şəhərində çox böyük təmir-bərpa işlərinin aparılması barədə göstəriş verdiyinizə görə Sizə öz adımızdan və Gəncə şəhəri sakinləri adından dərin minnətdarlığımızı bildirir, Azərbaycanın xoşbəxt gələcəyi naminə bütün işlərinizdə uğurlar diləyirik.
Tanrı Sizi və əzizlərinizi qorusun!
Böyük ehtiram hissi ilə,
Afət Əliyeva,
Səbinə Abbasquliyeva,
Aynur İsmayılova,
Qiyafət Əliyeva,
Zaməddin İsmayılov,
Nurlana Qasımova,
Elcan Məmmədov
Azərbaycan Respublikası, Gəncə şəhəri.