logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elvin Soltanov və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

23 may 2025, 18:21

Möhtərəm cənab Prezident.

Ölkəmizin hərtərəfli inkişafı yolunda göstərdiyiniz səmərəli fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin sayənizdə Azərbaycanın bütün bölgələri inkişaf edir, işğaldan azad edilmiş ərazilər uğurla bərpa olunur.

Sizin gəncəlilərə göstərdiyiniz diqqət və qayğı bizim üçün qürurvericidir. Sizin siyasi uzaqgörənlik və müdrikliklə qarşıya qoyduğunuz hədəflər Gəncə şəhərinin bu günü və gələcək inkişafı üçün çox önəmlidir. Gəncənin gözəlləşdirilməsi, abadlaşdırılması, qədim abidələrin qorunması, yeni stadionun tikilməsi və digər görülən işlər şəhər sakinlərini qəlbən sevindirir, onlara yüksək əhval-ruhiyyə bəxş edir.

Cənab Prezident, Sizə “Çox sağ olun!” deyir, uzun ömür, cansağlığı və daim uğurlar arzulayırıq.

Hörmətlə,

Soltanov Elvin,

Alnağıyev Ariz,

Məhərrəmov Elvin,

Qasımova Nigar,

Məmmədova Lalə,

Abbasova Sücayət,

Əliyeva Ziba,

Yusifova Səadət.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi