Mənaf Mustafayevdən, Ağdam, Azərbaycan


23 may 2025, 17:33
Möhtərəm cənab Prezident.
Bu gün Vətənimizin hər yerində Azərbaycan bayrağı dalğalanır. Torpaq üçün canından keçən şəhidlərimizin ruhu sevinir. Düşmənin 30 il əsarətdə saxladığı torpaqlarımızı Sizin komandanlığınızla şanlı Ordumuz 44 günə azad etdi. Bu gün bütün dünya işğaldan azad edilmiş ərazilərimizin bərpası və sakinlərin həmin ərazilərə qayıdışı üçün Sizin rəhbərliyinizlə görülən misilsiz işlərdən bəhs edir. Ağdam rayonunun Sarıcalı kəndində qısa müddət ərzində müasir standartlara uyğun 200-dən çox fərdi ev, məktəb, körpələr evi-uşaq bağçası və digər binalar inşa edilməklə biz sakinlər üçün gözəl şərait yaradılmışdır.
Cənab Prezident, mən öz adımdan, ailəm adından Sizə təşəkkür edir, cansağlığı və uğurlar arzulayıram.
Hörmətlə,
Mustafayev Mənaf.
Azərbaycan Respublikası, Ağdam rayonu, Sarıcalı kəndi.