logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Leyla Qayıbova və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

23 may 2025, 15:45

Möhtərəm cənab Prezident,

Ötən ilin sonlarından Gəncə şəhərində abadlıq və bərpa-quruculuq işlərinin yeni dalğası başlanmışdır. III MDB Oyunları ilə bağlı görülən bu işlərin səliqə-səhmanı, gözəlliyi həmin mötəbər idman yarışının yaxşı təşkil ediləcəyindən xəbər verir. Bu işlər bizi çox sevindirir. Qədim Gəncə şəhərinin bugünkü inkişaf səviyyəsinə çatmasında olan böyük əməyinizi biz heç vaxt unurmarıq. Sizin ölkəmizə rəhbərliyiniz dövründə şəhər infrastrukturunun və yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və digər işlərin müvəffəqiyyətlə icrası Gəncənin gözəlliyinə gözəllik qatmışdır.

Cənab Prezident, Gəncədə III MDB Oyunlarının keçirilməsinə lazımi şərait yaradılmasına və bununla əlaqədar görülən böyük təmir-bərpa işlərinə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Leyla Qayıbova,

Türkan Allahverdiyeva,

Ərəbiyyə Ələkbərova,

Aytən Əlisgəndərova,

Lumayət Mustafayeva,

Aysəba Yusifova

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi