logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Jalə Quliyeva və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

22 may 2025, 17:44

Hörmətli cənab Prezident,

Odlar Yurdu – Azərbaycanın ikinci böyük şəhəri, qədim mədəniyyət mərkəzlərindən biri olan doğma Gəncə şəhərində həyata keçirilən abadlıq bərpa-quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.

Bu gün qədim Gəncə yenilənir, gözəlləşir, qədimliyi və müasirliyi özündə təcəssüm etdirir. Bir tərəfdə dahi Nizaminin möhtəşəm məqbərəsi, digər tərəfdə ətraf mühitin qorunması və istirahət üçün nəzərdə tutulmuş müasir Gəncə Ekoloji Park Kompleksi yerləşir. Şəhər stadionu yenidən qurulur, III MDB Oyunları üçün hazırlıq işləri görülür.

Əziz Prezidentimiz, Sizə minnətdarlıq hissi ilə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın gələcəyi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Jalə Quliyeva,

İlhamə Yaqubova,

Həkimə Əhmədova,

Vüsalə Qarayeva,

Natəvan Rəhimova,

Afaq Hüseynova,

Vəsilə Namazova,

Kəmalə Məmmədova

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi