logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aynurə Əsgərova və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

21 may 2025, 11:36

Möhtərəm cənab Prezident!

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişləndirilməsi yolunda göstərdiyiniz səmərəli fəaliyyət bu gün nəinki ölkə əhalisi, eləcə də digər millətlərin nümayəndələri tərəfindən geniş təqdir olunur və alqışlanır. Bu fəaliyyətin müsbət nəticələrini qədim Gəncə şəhəri də öz həyatında görür.

Bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları üçün əsas mərkəzin Gəncə şəhəri seçilməsi gəncəlilər üçün çox mühüm hadisədir. MDB idman yarışlarının Gəncədə keçirilməsi şəhərimizin beynəlxalq səviyyədə daha çox tanınmasına, onun turizm potensialının daha yaxından təqdimatına şərait yaradacaqdır.

Cənab Prezident, qədim Gəncəyə göstərdiyiniz diqqət və qayğıya, şəhərimizdə aparılan abadlıq və bərpa-quruculuq işlərinə görə öz adımızdan və sakinlər adından Sizə dərindən təşəkkür edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Aynurə Əsgərova,

Mehriban Qasımova,

Əsmər Zeynalova,

Gülnarə Bayramova,

Sevda Hümbətova,

Təranə Quliyeva

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi