logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fidan Mahmudova və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

21 may 2025, 18:00

Möhtərəm cənab Prezident.

Biz gəncəlilər bu gün öz şəhərimizlə haqlı olaraq fəxr edirik. Şəhərimiz Həm gündən-günə gözəlləşir, inkişaf edir, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2025-ci ildə Gəncənin MDB-nin idman paytaxtı elan edilməsi və şəhərimizdə III MDB Oyunlarının keçirilməsi bizim üçün növbəti uğurlardır. Bu tədbirin yüksək səviyyədə təşkili ilə bağlı Sizin göstərişinizlə bu gün Gəncədə həyata keçirilən çox böyük bərpa-quruculuq işlərinə görə hədsiz dərəcədə sevinir və qürur duyuruq. Şəhərdə küçələr genişləndirilir, yenidən asfaltlanır, işıqlandırma sistemləri yenilənir, yaşıllaşdırma işləri aparılır və tarixi abidələr bərpa edilir. Bütün bunlar Nizami yurdu olan qədim Gəncəni daha gözəl və füsunkar edir.

Cənab Prezident, bütün gəncəlilər adından Sizə dərin minnətdarlığımızı bildirir və yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Mahmudova Fidan

Cəmilli Aidə

Məmmədova Rəsmiyyə

Abdullayeva Təranə

Quliyeva Məlahət.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi