Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakveradan
Text size


20 may 2025, 15:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Lazarus Makkarti Çakvera
Malavi Respublikasının Prezidenti