logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərakeşin Kralı VI Məhəmməddən

Text size icon-size icon-size

20 may 2025, 14:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam.

Hörmətlə,

 

VI Məhəmməd

Mərakeşin Kralı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi