Müsənif Cavadovdan, Qusar, Azərbaycan


20 may 2025, 17:40
Əziz və hörmətli Prezident!
Ölkəmizin hər bir bölgəsi kimi, bizim Qusar rayonuna da olan qayğınız bizi xoş gələcəyə ruhlandırır. Bir sıra problemlərimiz Sizin ölkəmizə rəhbərliyiniz dövründə öz həllini tapmışdır. Əhalinin elektrik enerjisi, təbii qaz, su və kommunal xidmətlərlə təminatı yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları ümumilikdə bölgələrdə həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.
Çoxdan gözlədiyimiz “mavi yanacağ”ın verilməsi dağ kəndimizə istilik və rahatlıq bəxş etmişdir.
Cənab Prezident. Qusar rayonunun Mucuq kəndinin qazlaşdırılmasına görə Sizə sonsuz minnətdarıq.
Hörmətlə,
Müsənif Cavadov
Azərbaycan Respublikası, Qusar rayonu, Mucuq kəndi.