Mədəniyyət və incəsənət xadimlərindən, Bakı, Azərbaycan


19 may 2025, 11:22
Möhtərəm cənab Prezident!
Ağdam Muğam Mərkəzinin açılışı biz - muğam ifaçıları üçün çox dəyərli və qürurverici bir andır. Bu möhtəşəm mərkəzin açılması, yalnız Qarabağ torpağının deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin yeni bir nəfəs almasına səbəb oldu. Bizim üçün bu layihənin gerçəkləşməsində iştirak etmək və bu hadisəni görmək çox böyük bir şərəfdir. Kimimiz səhnədə, kimimiz zalda bu mötəbər hadisənin canlı şahidi olduq.
Sizin rəhbərliyinizlə həyata keçirilən bu möhtəşəm təşəbbüs, həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və muğama olan sonsuz sevgisinin və qayğısının davamıdır. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqının və onun zəngin mədəni irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində çox mühüm işlər görmüş, muğamı və digər milli dəyərlərimizi dünyada tanıtmışdır. Bu gün Sizin rəhbərliyinizlə həyata keçirilən dövlət siyasəti nəticəsində mədəniyyətimizin inkişafı sahəsində möhtəşəm uğurlara imza atılır. Son illər ərzində işğaldan azad olunmuş ərazilərdə Pənahəli xanın imarət kompleksi, Xocalı Memorial Kompleksi, Üzeyir Hacıbəylinin ev-muzeyinin və digər tarixi-memarlıq abidələrinin açılışı bu uğurların bariz nümunəsidir.
Hörmətli Mehriban xanımın mədəniyyət sahəsindəki xüsusi xidmətləri, onun muğamın və ümumilikdə Azərbaycan mədəniyyətinin təbliğinə verdiyi böyük töhfələr, həyata keçirilən muğam müsabiqələri, festivalları Azərbaycan xalqının mədəni irsini gələcək nəsillərə düzgün ötürməyə xidmət edir.
Ağdam Muğam Mərkəzi, yalnız bir məkan deyil, Azərbaycanın mədəniyyətinə, musiqisinə, ruhuna olan dərin hörmətin və qayğının təcəssümüdür. Bu mərkəzin açılması, Zəfər tariximizin, xalqımızın azad edilmiş torpaqlarına əbədi qayıdışının rəmzidir. Bu qayıdış mənəvi bir dönüşdür – xalqın doğma torpaqlarına olan bağlılığının rəmzidir.
Möhtərəm cənab Prezident!
Sizə və ailənizə möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq. Bu möhtəşəm təşəbbüslərin davamlı olacağına, Azərbaycanın mədəniyyəti və sənətinin bundan sonra da dünyaya səs salacağına inanırıq.
Hörmətlə,
Xalq artisti Ramiz Quliyev
Xalq artisti Şəfiqə Eyvazova
Xalq artisti Vamiq Məmmədəliyev
Xalq artisti Ağasəlim Abdullayev
Xalq artisti Zamiq Əliyev
Xalq artisti Firuz Əliyev
Xalq artisti Ağaverdi Paşayev
Əməkdar incəsənət xadimi Aqil Məlikov
Xalq artisti Möhlət Müslümov
Xalq artisti Səkinə İsmayılova
Xalq artisti Alim Qasımov
Xan Şuşinski fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva
Xalq artisti Mələkxanım Əyyubova
Xalq artisti Mənsum İbrahimov
Xalq artisti Musin Şərifov
Xalq artisti Zabit Nəbizadə
Xalq artisti Mircavad Cəfərov
Xalq artisti Aygün Bayramova
Xalq artisti Teyyub Aslanov
Xalq artisti Nəzakət Teymurova
Xalq artisti Elçin Həşimov
Xalq artisti Simarə İmanova
Azərbaycan Respublikası, Bakı şəhəri.