Xurşud Abdullayeva və Yulizana Kuxmazovadan, Bakı, Azərbaycan


21 may 2025, 12:40
Möhtərəm cənab Prezident!
Azərbaycan mədəniyyətinə və incəsənətinə, həmçinin sənət adamlarına göstərdiyiniz daimi qayğı və diqqət bu sahələrin inkişafı üçün əvəzsiz töhfədir. Bu daimi diqqətdən bizə də pay düşmüşdür. Sizin 2025-ci il 8 may tarixli sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməyimiz bizi qəlbən sevindirdi, gələcək uğurlara səslədi. Biz də öz növbəmizdə çalışacağıq ki, xalqımızı və sənətsevərləri öz işimizlə, yaradıcılıq uğurlarımızla və ifalarımızla sevindirək, Azərbaycan mədəniyyətinə yeni töhfələr bəxş edək.
Əziz Prezidentimiz, əməyimizə verdiyiniz yüksək dəyərə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Xurşud Abdullayeva, Azərbaycan Dövlət Xor Kapellasının direktoru, Əməkdar artist,
Yulizana Kuxmazova, Xor Kapellasının xormeysteri, Əməkdar artist,
Azərbaycan Respublikası, Bakı şəhəri.