Şəhla İbrahimova və başqalarından, Bakı, Azərbaycan


19 may 2025, 13:16
Hörmətli cənab Prezident.
Siz Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Bu diqqət sayəsində mədəniyyət və incəsənət sahəsində daimi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılır.
Mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamlar mədəniyyətimizə olan diqqətdir. İmzaladığınız hər bir Sərəncam mədəniyyətimizin, incəsənətimizin inkişaf etdirilməsinə yönəlib. Bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı vardır. Buna görə biz Sizinlə qürur duyuruq.
Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyiniz qayğı sayəsində bizim əməyimizi yüksək qiymətləndirərək verdiyiniz dəyərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İbrahimova Şəhla, Xalq artisti,
Quliyev Kamran,
Həsənov Zaman,
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin artistləri,
Mehmandarov Mustafa, Orkestrin dirijoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.