Məsməxanım Ağaverdiyeva və başqalarından, Bakı, Azərbaycan


16 may 2025, 14:00
Hörmətli cənab Prezident,
Müasir dövrümüzdə Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də böyük uğurlar müşahidə olunmaqdadır. Siz sənətə, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşırsınız. Məhz Sizin sayənizdə milli mədəniyyətimiz vüsətli inkişaf yoluna qədəm qoyub.
Bütün bunlar deməyə əsas verir ki, müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri Sizin tərəfinizdən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır.
Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz qayğı və diqqətiniz sayəsində bizim əməyimizi yüksək qiymətləndirərək verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Ağaverdiyeva Məsməxanım, Əməkdar artist,
Amanova Almaz, Əməkdar artist,
Bəxtiyarov Rəşad Əməkdar artist, Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının artistləri
Azərbaycan Respublikası, Bakı şəhəri.