logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nərgiz Əliyeva və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

15 may 2025, 18:00

Möhtərəm cənab Prezident,

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətinizin növbəti təzahürü olan “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2025-ci il 8 may tarixli Sərəncamınıza görə Sizə bütün sənət adamları adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Bu sərəncamda bizim də adımızın olması bizi ikiqat sevindirdi. Yaradıcı şəxslərin əməyinin qiymətləndirilməsi onlara ilham verir, yeni səhnə uğurlarının qazanılmasında stimula çevrilir. Biz Sizin qayğınızı hər zaman çox yüksək qiymətləndiririk.

Cənab Prezident, əməyimizə verdiyiniz yüksək dəyərə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Ömrünüz uzun, həyatınız daim firavan olsun!

Hörmətlə,

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin üzvləri:

Nərgiz Əliyeva, Əməkdar artist,

Ruslan Səlimov, Əməkdar artist,

Leyla Kərimova

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi