Şükür Səmədov və başqalarından, Bakı, Azərbaycan


15 may 2025, 13:30
Möhtərəm cənab Prezident,
Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətiniz sayəsində bu sahələr son illər ərzində daha da inkişaf etmiş, sənət adamlarında əzmlə çalışmaq və yeni yaradıcılıq uğurları qazanmaq həvəsi birə-beş artmışdır.
“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2025-ci il 8 may tarixli Sərəncamınız da Sizin qayğınızın növbəti təzahürüdür. Bu sərəncamda bizim də adımız vardır.
Cənab Prezident, əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Atdığınız hər addım uğurlu olsun, Sizi qələbədən qələbəyə aparsın.
Hörmətlə,
Şükür Səmədov, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru, Xalq artisti,
Əli Hacıyev, Orkestrin üzvü, Əməkdar artist,
Arzu Mustafayev, Orkestrin üzvü, Əməkdar artist,
Rauf Hüseynli, Orkestrin üzvü, Əməkdar mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri.