logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

12 may 2025, 15:27

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 571 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Aşağıdakı tərkibdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.”.

2. 2-ci hissədə “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2025-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi