logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hacıbala Nəzərəliyevdən, Qusar, Azərbaycan

Text size icon-size icon-size

12 may 2025, 17:15

Hörmətli cənab Prezident!

Respublikamızın şimal qapısı sayılan Qusar rayonuna həmişə Sizin diqqət və qayğınız olmuşdur. Son illər regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində yaşadığımız Əniqoba kəndində də 180 şagird yerlik məktəb binası tikilmiş, kənd bütövlükdə qazlaşdırılmış və evlərə internet xətləri çəkilmişdir. Rayon mərkəzindən 37 kilometr məsafədə yerləşən kəndimizin əsas yolunun yararsız vəziyyətdə olması, qışda palçıq, yayda isə toz-torpaq kənd camaatını çox narahat edirdi.

Hörmətli cənab Prezident,

Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sizin 2025-ci il 1 may tarixli sərəncamınız bizi sevindirdi. Ona görə də Qusar rayonunun Əniqoba kənd camaatı adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Nəzərəliyev Hacıbala Çoban oğlu

Azərbaycan Respublikası, Qusar rayonu, Əniqoba kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi