logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kənd məktəbinin müəllimindən, Qusar, Azərbaycan

Text size icon-size icon-size

08 may 2025, 18:26

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Öncə Sizə, Mehriban xanım Əliyevaya və övladlarınıza uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə də uğurlar, ailə səadəti, bütün çətinliklərdən daim başıuca çıxmağınızı arzu edirik.

Hörmətli cənab Prezident, onu da qeyd etmək istərdik ki, Sizin rəhbərliyiniz dövründə gördüyünüz işlər göz qabağındadır. Belə ki, ölkəmizin dünyada tanınmasında atanızın və Sizin nailiyyətləriniz danılmazdır.

Sizin sayənizdə arzularımız gerçəyə çevrilir. “Qarabağda bayrağımız dalğalansın!” deyən xalqın arzusu sonda gerçək oldu. Bu günlərdə eşitdik ki, yollarımız əsaslı təmir olunacaq. Bununla bağlı Sərəncam imzalamısınız. Sevindirici haldır. Həm də arzuların gerçəkləşdiyi zamandır.

Sizə çox minnətdarıq, əziz Prezidentimiz. Göstərdiyiniz diqqətə görə Sizə “çox sağ olun!” deyirik. Biz Sizə arxalandığımız kimi, Siz də bizə, yəni xalqa daim arxalana bilərsiniz.

Qarabağ Azərbaycandır!

Yasaoba kənd ümumi orta məktəbin kollektivi adından hörmətlə,

Kəmalə Səfərquliyeva, müəllim.

Azərbaycan Respublikası, Qusar rayonu, Yasaoba kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi