logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qarabağ müharibəsi əlilindən, Yevlax, Azərbaycan

Text size icon-size icon-size

07 may 2025, 16:23

Çox hörmətli cənab Prezident.

Sizin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığınız mühüm addımlar bizə böyük mənəvi və maddi dəstəkdir.

Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımızın gündən-günə inkişaf etməsi, torpaqlarımızın erməni işğalından azad olunması və Qarabağımızın yenidən dirçəldilməsi hər birimizdə böyük qürur hissi oyadır. Şəhid ailələrinə və müharibə əlillərinə verilən dəstək, onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial proqramlar Azərbaycanın güclü və ədalətli bir dövlət olduğunu, sosialyönümlü siyasət yürütdüyünü bir daha təsdiqləyir. Mənim də mənzil-məişət şəraitim dövlətimiz tərəfindən yaxşılaşdırılmışdır.

Cənab Prezident, Sizin qayğınız, göstərişləriniz və sərəncamlarınız əsasında Azərbaycan vətəndaşları yaxşı yaşayır. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə özümün və ailəmin adından dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqının öndərliyindən əskik olmamağınızı arzulayıram.

Nə yaxşı ki, varsınız!

Hörmətlə,

İsrail Məmmədov,

Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Yevlax rayonu, Kövər kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi