Qüdrət Cəfərovdan, Qusar, Azərbaycan


07 may 2025, 14:10
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında Azərbaycan inkişaf edir, regionlarımız abadlaşır, xalqımızın yaşayış səviyyəsi yüksəlir.
Aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanışlığınız bunun bariz nümunəsidir.
İqtisadiyyatın inkişafının təməl daşlarından biri də yol-nəqliyyat infrastrukturunun günün tələbləri səviyyəsində olmasıdır. Məhz bu baxımdan rayonun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı verdiyiniz Sərəncam həmin kəndlərin əhalisini hədsiz dərəcədə sevindirmişdir. Biz İmamqulukənd kənd sakinləri də həmin yoldan daim istifadə edirik. Sözügedən avtomobil yolunun əsaslı təmiri həmin bölgədə mədəniyyətin, iqtisadiyyatın, rayonun ümumi inkişafına böyük töhfə verəcək.
Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir və yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Qusar rayonun İmamqulukənd kənd sakinləri adından:
Cəfərov Qüdrət Zeynalabdin oğlu.
Azərbaycan Respublikası, Qusar rayonu, İmamqulukənd kəndi.