logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aşağı İmamqulukənd kəndinin ağsaqqalları adından, Qusar, Azərbaycan

Text size icon-size icon-size

05 may 2025, 12:38

Hörmətli cənab Prezident,

Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncamın imzalanması xəbərini böyük sevinc hissi ilə qarşıladıq. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində gördüyünüz məqsədyönlü işlər gediş-gəlişi yaxşılaşdırır.

Hörmətli cənab Prezident, qeyd olunan kəndləri birləşdirən həmin yolun əsaslı təmirini biz arzulayırdıq. Artıq bu arzumuz da reallığa çevrilmək üzrədir. Yolun təmiri əhalinin rahat hərəkətini təmin etməklə yanaşı, həm də regionun iqtisadiyyatının da inkişafına töhfə verəcəkdir.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Aşağı İmamqulukənd kəndinin ağsaqqalları adından hörmətlə,

Quliyev Vaqif İsmayıl oğlu

Azərbaycan Respublikası, Qusar rayonu, Aşağı İmamqulukənd kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi