Nadirşah Şirinovdan, Qusar, Azərbaycan


02 may 2025, 19:02
Çox hörmətli cənab Prezident,
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə verdiyiniz sərəncam bizi çox sevindirdi. Çünki bu yol burada yaşayan əhalini çox narahat edirdi. Beləliklə də, ailələrimizin, uşaqların, qocaların, xəstə insanların narahatlığına son qoyulacaq.
Mən özüm həkiməm və yaşadığım Yasaboba kəndindən hər gün həmin yolla Qusar şəhərinə işə gedib-gəlirəm. Sizin sərəncamınız məni çox sevindirdi.
Xalqımız Sizin qayğınızı hər zaman hiss edir. Biz Sizin siyasətinizi ürəkdən bəyənirik. Biz həmişə Sizinləyik.
Çox sağ olun, cənab Prezident, Sizə çox təşəkkür edirik!
Yasaboba kənd sakinləri adından hörmətlə,
Nadirşah Şirinov
Azərbaycan Respublikası, Qusar rayonu, Yasaboba kəndi.