“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
08 sentyabr 2010, 19:43
Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 50 faiz artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci bəndində “100 (yüz)” sözü “150 (yüz əlli)” sözləri ilə əvəz edilsin.
4. Bu Fərman 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2010-cu il.