Şəhid ailələri adından, Tərtər, Azərbaycan


05 may 2025, 11:40
Hörmətli cənab Prezident.
Sizi Tərtər rayonunun Bəyimsarov kəndindən olan şəhid ailələri adından salamlayırıq.
Vətən üçün, onun suverenliyi və azadlığı üçün canlarından keçən övladlarımızın əziz və müqəddəs ruhuna bəslənən dərin ehtiram və hörmət bizim üçün həm böyük təsəlli, həm də qürur mənbəyidir. Bu gün rayonumuzda, eləcə də ölkəmizin hər yerində şəhid ailələrinə hörmət və ehtiramla yanaşılır. Özümüz də həmişə dövlətimizin dəstəyini hiss edirik.
Əziz Prezidentimiz, Siz, Ümummilli Liderimiz Heydər Əliyevin yadigarı və onun siyasətinin layiqli davamçısısınız. Dövlətimiz və xalqımız üçün gördüyünüz misilsiz işlərə görə Sizə təşəkkür edir, ən xoş arzularımızı çatdırırıq.
Tanrı Sizi qorusun!
Bəyimsarov kəndindən olan şəhid ailələri adından hörmətlə,
Cəfərov Şəfa Hüseyn oğlu,
Şərifova Nailə Xıdır qızı,
Məsmalıyeva Gülnaz Həmid qızı,
Məmmədova Güldanə Vəli qızı,
Namazov Eylas Hüseyn oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.