logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Telman Zeynalovdan, Samux, Azərbaycan

Text size icon-size icon-size

02 may 2025, 16:55

Hörmətli cənab Prezident.

Bir Azərbaycan vətəndaşı olaraq fəxrlə bildirirəm ki, Sizin diqqət və qayğınız hər zaman xalqımızın üzərində olmuşdur. Mən fəxr hissi keçirirəm ki, Sizin Prezident olduğunuz dövlətdə yaşayıram. Sizin tapşırığınız və göstərişləriniz əsasında görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan xalqı firavanlıq, əmin-amanlıq və yüksək rifah içərisində yaşayır. Samux rayonu da bu baxımdan səciyyəvidir. Rayonumuzun yenilənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması üçün görülən işlər göz qarşısındadır. Rayonumuzda ətraf mühitin qorunması, təmizlik aksiyalarının keçirilməsi, geniş yaşıllıqların salınması, yeni suvarma sistemlərinin çəkilməsi və abadlaşdırma istiqamətində görülən tədbirlər bizi ürəkdən sevindirir.

Cənab Prezident, mən ahıl yaşlı insanam, rayonun ağsaqqallarından biriyəm. Bir ağsaqqal kimi Sizdən çox razıyam və əminəm ki, rayonumuzun bütün əhalisi mənimlə eyni fikirdədir. Əhalinin rifahı üçün əlinizdən gələni əsirgəmədiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Telman Zeynalov

Azərbaycan Respublikası, Samux rayonu, Kolayır kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi