logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elyas Namazovdan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

02 may 2025, 15:00

Əziz Prezidentimiz,

Bizim ailə əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçilər kəndindəndir. Ermənilərin təzyiqi altında öz elimizdən, obamızdan ayrı düşərək Tərtərin Bəyimsarov kəndində məskunlaşmışıq. İnanırıq ki, Sizin sayənizdə yenidən öz doğma yurdumuza dönəcəyik və böyük qayıdışı səbirsizliklə gözləyirik. Sizin müxtəlif dövlət başçıları ilə görüşlərinizi, çıxışlarınızı diqqətlə izləyir, tutduğunuz mövqeni, xalqımıza bağlılığınızı yüksək qiymətləndiririk.

Vətəndaşlara göstərilən diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya ailəm adından öz minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Elyas Namazov

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi