Mahiyyə Əliyevadan, Naftalan, Azərbaycan


30 aprel 2025, 17:15
Möhtərəm cənab Prezident, qüdrətli Sərkərdə.
Son iki əsr ərzində ata-baba yurdlarımızdan məcburən didərgin salınmış biz Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı təkcə tarixi ədalətin bərpası deyil, həm də milli ləyaqətimizin və kimliyimizin yenidən təsviridir. Bu qayıdış, eyni zamanda, gələcək nəsillərimiz üçün ədalətli və sülhə əsaslanan bir gələcəyin bünövrəsini təşkil edir.
Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Qərbi Azərbaycana böyük qayıdış ideyasının mərhələli şəkildə həyata keçirilməsi istiqamətində atılan addımlar, Qərbi Azərbaycan İcmasının məqsəd və fəaliyyət istiqamətləri, bu istiqamətdə indiyədək görülən işlər və qarşıda duran vəzifələr sözügedən prosesin sistemli və davamlı xarakter aldığını açıq şəkildə nümayiş etdirir.
Cənab Prezident, əminik ki, Sizin rəhbərliyiniz və siyasi iradəniz sayəsində Qərbi Azərbaycana böyük qayıdış yaxın gələcəkdə reallığa çevriləcək. Bu ədalətli və müqəddəs mübarizəyə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Əliyeva Mahiyyə Yaqub qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.