Şahin Əliyevdən, Naftalan, Azərbaycan


28 aprel 2025, 14:36
Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı!
Qərbi Azərbaycandan olan soydaşlarımız Sizə dərin minnətdarlığını bildirir. Azərbaycanın tərəqqisi, milli birliyin möhkəmləndirilməsi və Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpa olunması yolunda göstərdiyiniz səylər və sərgilədiyiniz qətiyyətli mövqe bizim üçün böyük ümid və ruh yüksəkliyi yaradır. Qərbi Azərbaycan bizim tarixi ata-baba torpağımızdır və uzun illərdir ki, bu doğma yurda qayıtmaq arzusu ilə yaşayırıq.
Möhtərəm Prezidentimiz, Sizin uzaqgörən və qətiyyətli siyasətiniz sayəsində 30 illik işğala son qoyuldu, suverenliyimiz bərpa olundu. Əminliklə deyə bilərik ki, doğma Qarabağ torpaqlarımıza uzun illər sürən həsrətdən sonra qovuşduğumuz kimi, tarixi Vətənimiz olan Qərbi Azərbaycana sülh yolu ilə təhlükəsiz şəkildə qayıdacağıq. Bu, Sizin müdrikliyiniz, tarixin gedişatı və haqqın bərqərar olunması istiqamətində atılan qətiyyətli addımların nəticəsi olacaq.
Uca Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Əliyev Şahin İsa oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.