İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul etmişdir
Text size
18 dekabr 2012, 16:10
Prezident İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, Azərbaycanda işlənilən yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulandı, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.