Xalidə Həsənovadan, Naftalan, Azərbaycan


24 aprel 2025, 16:00
Hörmətli cənab Prezident,
Ölkəmizin səhiyyə sisteminin inkişafına yönələn diqqət və göstərdiyiniz dəstək üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə tibb işçilərinə olan diqqət və qayğı həm peşəkar fəaliyyətimizi daha da yaxşılaşdırmağa, həm də cəmiyyətə layiqli xidmət etməyə imkan yaratmışdır. Həkimlərin əmək şəraitinin yaxşılaşdırılması həmkarlarım tərəfindən müsbət dəyişiklik kimi qəbul edilir. Bu işlər tibb işçilərinin motivasiyasını yüksəldir, onların daha keyfiyyətli və səmərəli şəkildə xidmət göstərmələrinə imkan yaradır. Şəxsən mən bir həkim olaraq öz üzərimə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışıram və bu məqsədlə göstərilən dəstək mənə bu yolda güc verir.
Tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ölkəmizdə səhiyyə sahəsinin inkişafına olan dəstəyinizin daha bir təzahürüdür. Biz bunu yüksək qiymətləndirir və dəstəkləyirik. Sizə minnətdarlığımızı və ehtiramımızı bildiririk.
Hörmətlə,
Həsənova Xalidə Cəfər qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.