Məleykə Lətifovadan, İsmayıllı, Azərbaycan


22 aprel 2025, 18:17
Möhtərəm cənab Prezident.
Tarixin ən böyük faciələrindən biri olan Çernobıl qəzasından 39 il ötür. Bu qəzanın aradan qaldırılmasında minlərlə soydaşımız iştirak etmiş, onların əksəriyyətinin səhhətində ciddi problemlər yaranmış, bir çoxu əlil olmuşdur. Azərbaycan dövləti ötən müddət ərzində həmişə Çernobıl əlillərinin yanında olmuş, onların sağlamlığı və həyatı üçün zəruri olan addımlar atmışdır. Çernobılda zərər çəkənlərin 42 nəfəri İsmayıllıdandır.
Cənab Prezident, mənim həyat yoldaşım İsmi Lətifov da Çernobıl əlilidir. O, görmə qabiliyyətini tam itirsə də Sizə olan inamını və ümidini heç vaxt itirməmişdir. Ölkəmizin hər bir vətəndaşına, o cümlədən şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, bir sözlə ehtiyacı olan hər kəsə göstərdiyiniz diqqət və qayğıya görə həyat yoldaşım, eləcə də rayonumuzdakı digər Çernobıl əlilləri qəlbən Sizə minnətdardırlar.
Ulu Tanrı Sizi və ailənizi qorusun, cənab Prezident. Azərbaycanı sevən hər kəsin Sizinlə fəxr etməyə haqqı var. Başladığınız hər bir işin uğurla və qələbə ilə bitməsi arzusundayıq.
Hörmətlə,
Lətifova Məleykə,
“Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin İsmayıllı rayon bölməsinin sədri.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.