Siyasət Məmmədovdan, Gəncə, Azərbaycan


17 aprel 2025, 16:28
Möhtərəm cənab Prezident,
Ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışınız zamanı Gəncə haqqında dedikləriniz Sizin şəhərimizə olan böyük diqqət və qayğınızın göstəricisi olmaqla yanaşı, gəncəlilər üçün yeni stimul mənbəyinə çevrilmişdir. Gəncə şəhərində təmir-bərpa işlərinin aparılması barədə göstəriş verməyiniz gəncəlilər üçün əlamətdar oldu. Mən, inşaat-quraşdırma işləri sahəsində təcrübəsi olan bir ziyalı və ağsaqqal kimi Gəncədə görülən işləri yüksək qiymətləndirirəm.
Cənab Prezident, Nizami yurdu olan Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə böyük ehtiramla minnətdarlığımı bildirirəm. Sizin siyasətinizi, atdığınız məqsədyönlü addımları daim dəstəkləyir, Sizə hər bir işinizdə uğur diləyir, “Ömrünüz uzun olsun!” deyirik.
Hörmətlə,
Siyasət Məmmədov,
Gəncə Şəhər Ağsaqqallar şurasının sədr müavini
Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.