Bir qrup gəncəli alimdən, Gəncə, Azərbaycan


17 aprel 2025, 12:02
Hörmətli cənab Prezident,
Respublikamızda keçiriləcək MDB idman oyunları ərəfəsində Gəncə şəhərində aparılan böyük abadlıq-quruculuq işləri şəhər sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Şəhərimiz tarixi günlərə şahidlik edir, yeni-yeni küçələr salınır, yollara asfalt örtüyü döşənərək yenisi ilə əvəzlənir.
Ölkəmizdə yaşıllıqların daha da artırılması istiqamətində kompleks tədbirlər çərçivəsində doğma şəhərimizdə də yeni yaşıl zonalar yaradılır. Ekoloji tarazlığın qorunub saxlanması günümüzün ən aktual mövzusudur. Bu ümdə vəzifəni qarşımıza məqsəd qoyaraq respublikamız bu istiqamətdə xeyli irəliləyiş əldə etmişdir.
Cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə bir qrup gəncəli alim adından Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Allah hər zaman köməyinizdə olsun!
Hörmətlə,
Məmmədov Camaladdin Ələkbər oğlu, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru,
Məmmədova Aynur Rüstəm qızı, ADAU-nun dosenti,
Həsənova Aybəniz Abbasqulu qızı, ADAU-nun baş müəllimi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.