logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova

Text size icon-size icon-size

14 aprel 2025, 11:02

Hörmətli Faiq müəllim!

Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.

Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FIDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.

Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2025-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi