logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qambiya Respublikasının vitse-prezidenti Məhəmməd Yalloudan

Text size icon-size icon-size

11 aprel 2025, 17:26

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Zati-aliləri.

Ramazan bayramı münasibətilə Sizə, ailənizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına rifah arzulayıram.

Bu bayramın İslam ümmətinə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və tərəqqi gətirəcəyinə ümid edirəm.

Uca Allahdan bütün dualarımızı qəbul etməsini diləyirəm.

Bayramınız mübarək!

Hörmətlə,

 

Məhəmməd Yallou

Qambiya Respublikasının vitse-prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi