Ceyhun Abdullayev, Ağdam, Azərbaycan


14 aprel 2025, 14:50
Hörmətli cənab Prezident!
Sizin uzaqgörən rəhbərliyiniz, yorulmaz fəaliyyətiniz və humanist yanaşmanız sayəsində ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir və abadlaşır. Hansı səmtə, hansı yana üz tuturuqsa yeniliyin, dirçəlişin şahidi oluruq. Doğma Qarabağımızda həyata keçirilən məqsədyönlü işlər də ürəkaçandır.
Siz həmişə vətəndaşların problemlərinə həssas yanaşır, onların ehtiyaclarını düşünür, ölkəmizin hər bir guşəsində yaşayan insanlara qayğı göstərirsiniz. Bu qayğının nəticəsi olaraq Ağdam rayon Quzanlı qəsəbəsinin yolları abadlaşır, qurulur, yeni asfalt örtükləri çəkilir. Quzanlı qəsəbə sakini olaraq bu bizi çox sevindirir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Allah Sizi və xalqımızı qorusun, cənab Prezident.
Hörmətlə,
Ceyhun Abdullayev
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.