Rafiq Allahverdiyev və başqalarından, Gəncə, Azərbaycan


15 aprel 2025, 13:03
Möhtərəm cənab Prezident,
Son vaxtlar Gəncə şəhərində aparılan bərpa və yenidənqurma işləri bizi çox sevindirir. III MDB Oyunları ilə bağlı görülən bu işlərin səliqə-səhmanı, gözəlliyi həmin mötəbər idman yarışını yaxşı təşkil edəcəyimizə dəlalət edir.
Gəncəlilər çox yaxşı bilirlər və unutmurlar ki, bu qədim şəhərin bugünkü inkişaf səviyyəsinə çatmasında Sizin böyük xidmətləriniz vardır. Sizin ölkəmizə rəhbərliyiniz dövründə şəhər infrastrukturunun və yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və digər işlərin müvəffəqiyyətlə icrası Gəncənin gözəlliyinə gözəllik qatmışdır.
Cənab Prezident, III MDB Oyunlarının keçirilməsinə şərait yaradılması və böyük təmir-bərpa işlərinin aparılması barədə göstəriş verdiyinizə görə Sizə öz adımızdan və şəhər sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Ömrünüz uzun, həyatınız daim firavan olsun.
Hörmətlə,
Rafiq Allahverdiyev,
Əlöysəd Əsgərov,
Rza Ələsgərov,
Lalə Ələkbərova,
İradə Əsgərova.
Azərbaycan Respublikası, Gəncə şəhəri.