Muğan Quliyev və başqalarından, Gəncə, Azərbaycan


14 aprel 2025, 16:18
Hörmətli cənab Prezident,
Ölkəmizin ikinci böyük şəhəri, qədim mədəniyyət mərkəzlərindən olan doğma Gəncə şəhərində həyata keçirilən abadlıq-quruculuq və bərpa işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.
Bu gün qədim Gəncə yeniləşir, gözəlləşir, abadlaşır. Bütün regionlarımız Sizin diqqət və qayğınızla əhatə olunmuşdur. Bütün bunlar Sizin müdrik siyasətinizin nəticəsidir.
Sizə minnətdarlıq hissi ilə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın gələcəyi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Muğan Quliyev,
Mətanət Tağıyeva,
Yəhya Namazov,
Şövkət Bayramova,
Orucəli Rzayev və başqaları (10 nəfər)
Azərbaycan Respublikası, Gəncə şəhəri.