Şövkət Səlimovadan, Ağdam, Azərbaycan


14 aprel 2025, 18:00
Hörmətli cənab Prezident,
Siz döğma yurdumuzun inkişafı və çiçəklənməsi, əhalinin rifahının yüksəldilməsi üçün mühüm işlər görürsünüz. Bölgələrə göstərdiyiniz qayğı və diqqətin nəticəsində hər bir şəhər və rayonumuz kimi Ağdam rayonunun Quzanlı qəsəbəsi də çiçəklənir və abadlaşır. Küçələrin müasir üslubda abadlaşdırılması, yolların çəkilməsi və əsaslı təmiri, eləcə də digər işlər rayon sakinlərini sevindirir. Qəsəbəmizin küçələrində aparılan abadlıq işləri və yeni asfalt örtüyünün çəkilməsi ahıl bir qəsəbə sakini olaraq məni də sevindirir və qürurlandırır. Buna görə Sizə sonsuz minnətdarlığını çatdırıram.
Allah Sizi qorusun!
Hörmətlə,
Səlimova Şövkət İdris qızı
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.