Gülgəz Əliyeva və başqalarından, Gəncə, Azərbaycan


14 aprel 2025, 12:55
Hörmətli cənab Prezident,
Bu gün Gəncədə həyata keçirilən abadlıq-quruculuq və bərpa işləri Sizin qədim Gəncə şəhərinə və gəncəlilərə göstərdiyiniz qayğının və diqqətin təcəssümüdür. Bu gün Gəncə öz simasını dəyişir, III MDB Oyunlarının iştirakçılarını və bir çox ölkədən şəhərimizə gələcək qonaqları ən yaxşı şəkildə qarşılamaq üçün əzmlə çalışır.
Cənab Prezident, Sizin apardığınız müstəqil və praqmatik siyasət xalqımıza saysız-hesabsız uğurlar bəxş etmişdir. 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışınız zamanı Gəncə haqqında dedikləriniz gəncəlilərdə qurub-yaratmaq həvəsini daha da artırmışdır. III MDB Oyunları ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər şəhərimizin daha da müasirləşməsinə və inkişafına xidmət edir. Bütün bunlara görə Sizə sonsuz minnətdarıq.
Hörmətlə,
Gülgəz Əliyeva,
Günəş Əbilova,
Türkan Əhmədova,
Şəlalə Nəbiyeva,
Mehriban Ağayeva
Azərbaycan Respublikası, Gəncə şəhəri.