Məmmədbağır Əliyevdən, Moskva, Rusiya


14 aprel 2025, 11:10
Möhtərəm cənab Prezident!
İcazə verin, əməyimə yüksək qiymət verərək məni “Şərəf” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim.
Mənə və əzizlərimə göstərdiyiniz qayğını, isti münasibəti çox yüksək qiymətləndirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, bu mükafatı böyük Qələbəmizdən sonra almaq daha fərəhli və xoşdur!
Sizin tapşırıqlarınızı yerinə yetirməyə, etimadınızı doğrultmağa, mənə verdiyiniz mükafatlara layiq olmağa daim hazıram.
Sizə və gözəl ailənizə möhkəm cansağlığı, əmin-amanlıq, çiçəklənmə və xoş əhvali-ruhiyyə arzulayıram!
Hörmətlə,
Məmmədbağır Əliyev, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Azərbaycan Respublikasının “Dostluq”, “Şöhrət” ordenləri ilə, Prezidentin Fəxri diplomları ilə təltif edilmiş, Rusiyanın Əməkdar elm xadimi.
Rusiya Federasiyası, Moskva şəhəri.