Azərbaycan Dövlət Aqrar Universitetinin ziyalıları adından, Gəncə, Azərbaycan


10 aprel 2025, 15:00
Möhtərəm cənab Prezident.
Sizin regionlara olan böyük diqqət və qayğınızın nəticəsidir ki, şəhər və rayonlarımız simalarını gündən-günə dəyişir və gözəlləşir. Artıq bir neçə ildir ki, bu işlər işğaldan azad edilmiş Qarabağı, Şərqi Zəngəzuru da əhatə edir. Düşmən tərəfindən xarabalığa çevrilmiş yerlərdə sürətli quruculuğun şahidiyik.
Cənab Prezident, Sizin göstərişiniz əsasında, Nizami yurdu qədim Gəncə şəhərində aparılan abadlıq-quruculuq işləri də şəhər sakinlərini qürurlandırır və fərəhləndirir. Biz gəncəlilər Sizin siyasi xəttinizi, atdığınız məqsədyönlü addımları daim dəstəkləyir, doğma Gəncəmizin inkişafı naminə gördüyünüz işlərə görə Sizə təşəkkürümüzü bildirir, yeni-yeni müvəffəqiyyətlər diləyirik.
Tanrı Sizi qorusun!
Azərbaycan Dövlət Aqrar Universitetinin ziyalıları adından hörmətlə,
Zakir Hüseynov,
Mahil Məmmədov,
Toğrul İsmayılov,
Zaman Zeynalov
Azərbaycan Respublikası, Gəncə şəhəri.