Şəhid atası və həmkəndlilərindən, Tərtər, Azərbaycan


04 aprel 2025, 15:32
Hörmətli cənab Prezident,
Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq, mütəmadi surətdə, yerlərdə vətəndaş qəbulları keçirilir. Belə qəbulların birində kəndimizin yollarının yararsız vəziyyətdə olması, yağışlı havalarda sakinlərin həmin yollarda hərəkət etməsinin çətinliyi barədə bildirdik. Qısa müddətdə kəndimizin yolları təmir edildi, sakinlərin istəkləri həyata keçirildi.
Biz, İrəvanlı kəndinin sakinləri Sizə öz minnətdarlığımızı bildiririk. Ümumilikdə tərtərlilər onlara və rayonumuza göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir. İstər çətin vaxtlarda – müharibə dövründə, istərsə də əmin-amanlıq dövründə Siz həmişə bizimlə olmusunuz.
Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tərtərlilər Sizin adınızı həmişə böyük fəxr və qurur hissi ilə çəkirlər.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Abdullayev Azay, şəhid atası,
Məmmədova Familə,
Quluyeva Arzu,
Mirzəyev Hüsü
Azərbaycan Respublikası, Tərtər rayonu, İrəvanlı kəndi.