logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik

Text size icon-size icon-size

03 aprel 2025, 18:47

Hörmətli İlham Heydər oğlu.

Sizi şəxsən öz adımdan və Qırğızıstan xalqı adından Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Novruz qədim zamanlardan birlik və barışıq, sülh və tərəqqi rəmzi olub.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın və dövlətlərimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Sadır Japarov

Qırğız Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi