Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə


15 dekabr 2012, 15:40
Hörmətli Nursultan Abişeviç,
Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Müstəqil Qazaxıstanın Sizin rəhbərliyiniz altında sosial-iqtisadi və siyasi islahatlar yolu ilə inamla irəliləyərək çiçəklənən bir ölkəyə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması bizi sevindirir.
Məmnunam ki, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır. Əminəm ki, əməkdaşlığımızın mövcud potensialından tam bəhrələnmək üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
Belə bir gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2012-ci il.