logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Text size icon-size icon-size

01 aprel 2025, 20:06

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Dünyanın ən əziz və sevilən bayramlarından biri olan nurlu Novruz bayramı münasibətilə səmimi təbriklərimi və Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Novruz bəşəriyyətin zəngin mədəni irsinin ayrılmaz bir hissəsidir və özündə qarşılıqlı hörmət, sülhsevərlik və mehriban qonşuluq ənənələrini ehtiva edir, xalqlar arasında birliyin və dostluğun möhkəmləndirilməsində mühüm rol oynayır.

Bu bayram münasibətilə Sizə, doğmalarınıza və yaxınlarınıza, həmçinin bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və xeyirxahlıq arzulayıram.

Dərin hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi