logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

Text size icon-size icon-size

01 aprel 2025, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə şəxsən öz adımdan və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi və qurumları adından səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Uca Allahdan Azərbaycan Respublikasının davamlı tərəqqisi, firavanlığı, İslam ümmətinin əmin-amanlığı, təhlükəsizliyi və rifahı üçün dua edirik.

Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Hissein Brahim Taha

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi