logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiyanın “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qrefdən

Text size icon-size icon-size

01 aprel 2025, 17:48

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Baharın, yenilənmənin və rifahın rəmzi olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm.

Bir çox xalqların qeyd etdiyi bu qədim bayram quruculuğun və birliyin ahəngini təcəssüm etdirir, bizə zəhmətsevərliyin, qarşılıqlı anlaşmanın və dəyişikliyə can atmağın vacibliyini xatırladır. Novruz əsrlər boyu olduğu kimi, bu gün də yalnız təbiət bayramı deyil, həm də dostluq ənənələrinin, anlaşmanın, qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Qoy bu bayram bizi yeni nailiyyətlərə, uğurlu əməkdaşlığa və cəmiyyətin rifahı naminə məhsuldar fəaliyyətə ruhlandırsın.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

German Qref

Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi